AZ

Şahramanyan Yevlaxdan danışdı

BAKI, 19 sentyabr. TELEQRAF

“2023-cü ildə Yevlaxda heç bir sənəd imzalanmayıb”.

Teleqraf xəbər verir ki, bunu ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan İrəvanda jurnalistlərə deyib.

“Yevlaxda iştirak edən insanlar heç bir sənəd imzalamayıblar, o görüş humanitar xarakter daşıyırdı”, - separatçı bildirib.

Şahramanyan onu da vurğulayıb ki, o, nəinki həmin görüşdə iştirak etməyib, hətta heç vaxt Yevlaxda olmayıb.

Xatırladaq ki, 2023-cü il sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında görüş keçirilmişdi. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunmuşdu.

Ermənilər həmin ilin payız aylarında Qarabağı könüllü tərk ediblər.

Əlavə edək ki, o zaman Yevlax şəhərinə gələn ermənilərin nümayəndələrinin hansısa sənədi imzalamaq hüquqları yox idi. Çünki onlar tərəf sayılmırdılar.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr