"Bütün avtomobil kolleksiyamı satmışam. Onun əvəzinə sənət toplamağa üstünlük verirəm. Əgər cəmi bir avtomobilim olsa idi, bu, Ferrari F40 olardı".

Offsideplus.az xəbər verir ki, bunu "Ferrari"nin 7 qat dünya çempionu pilotu Lyuis Hemilton deyib. O, indiyə qədər olan rəqiblərindən ən güclüsü kim idi sualını isə belə cavablandırıb:

"Heç birini ayırmıram. Hamısına böyük hörmətim var. Birini məğlub etmək digərindən daha özəl deyil. Hər çempionluq müxtəlif sınaqlardan keçir".

Qeyd edək ki, bu həftəsonu Formula 1 mövsümünün növbəti yarışı Azərbaycan baş tutacaq. L. Hemilton 2018-ci ildə burada qalib olmağı bacarıb.