Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) NiderlandKrallığında fəaliyyət göstərən Rebels.ai süni intellekt həllərişirkətinin təsisçisi, İspaniyanın Harbour Space Universitetininmüəllimi Maksim Musin qonaq olub. Qonağı AzMİU-nun rektoru,professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitetrəhbərliyi, Mexanika və informasiya texnologiyaları fakültəsinin,eləcə də İKT Mərkəzinin nümayəndələri də iştirak ediblər.
Görüş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilətəsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçünsüni intellekt Strategiyası” ilə səsləşir. Strategiyada ali təhsilmüəssisələrinin üzərinə süni intellekt üzrə elmi-tədqiqatlarıngenişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi vəbiliklərin əmək bazarına inteqrasiyası kimi vəzifələr qoyulub.AzMİU-da həyata keçirilən rəqəmsallaşma, elektron universitetsisteminin inkişafı və idarəetmədə innovativ texnologiyalarıntətbiqi istiqamətindəki fəaliyyət də bu hədəflərlə üst-üstədüşür.
Görüşdə Maksim Musin təqdimatla çıxış edərək süni intellektintətbiq imkanları, üstünlükləri, yarana biləcək çağırışlar, həmçininaparıcı dünya universitetlərinin təcrübəsi barədə məlumat verib.Daha sonra müzakirələr aparılıb, qonaq rektorun və universitetnümayəndələrinin suallarını cavablandırıb.
Müzakirələr nəticəsində AzMİU-da süni intellektin elektronuniversitet platformasına inteqrasiyası istiqamətində Rebels.aişirkətinin dəstəyi ilə müqayisəli təhlillərin aparılması və yolxəritəsinin hazırlanması barədə razılıq əldə olunub.
Maksim Musin AzMİU-da elektron universitet quruculuğuistiqamətində görülən işləri və mövcud maddi-texniki bazanı yüksəkqiymətləndirib, universitetdə süni intellektin tətbiqi üçünəlverişli şəraitin olduğunu qeyd edib.
Rektor professor Gülçöhrə Məmmədova bildirib ki, universitetsüni intellekt strategiyasının reallaşdırılmasına öz töhfəsiniverməkdə qərarlıdır: “Hesab edirəm ki, süni intellektin tətbiqiyalnız tədrisin keyfiyyətinə deyil, həm də idarəetməninşəffaflığına və effektivliyinə ciddi təsir göstərəcək. AzMİU buistiqamətdə ölkə üzrə nümunəvi ali məktəblərdən biri olmağıqarşısına məqsəd qoyub”.