AZ

F1 komandaları Bakıdakı pişiyi məşhurlaşdırdılar – Video + Fotolar


Bakıda “Formula 1” üzrə ayrılmış zonada fotoları çəkilən pişik dünyada məşhurlaşıb.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb sözügedən fotoların F1 komandalarının rəsmi sosial şəbəkə hesablarında paylaşılması olub.
“Mercedes AMG F1” pişiyi “Kitty Antonelli” kimi təqdim edib və onu “Bakının ulduzu” adlandırılıb.
“Formula 1”in rəsmi “X” hesabı da pişiyin görüntülərini dərc edib.

Bundan sonra digər sosial media istifadəçiləri də pişiyin foto və videolarını paylaşıblar və o, qısa müddət ərzində məşhurlaşıb.





Seçilən
24
2
yeniavaz.com

3Mənbələr