AZ

İmtahanların proqramı hazırlanıb

2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları hazırlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, proqramlarla Azərbaycan və rus dillərində aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında ötənilki imtahan modeli tətbiq ediləcək.

Hər iki təhsil səviyyəsi üzrə Azərbaycan dili fənnindən buraxılış imtahanı proqramlarında vacibliyi nəzərə alınaraq saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli)

Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, əvvəlki illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

Seçilən
33
8
cebheinfo.az

10Mənbələr