ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Məşğulluq Agentliyi (DMA) də Dövlət Turizm Agentliyinin (DTA) yolunu getməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, DTA çimərlik mövsümünün bitməsinə bir-iki gün qalmış Xəzər sahilində iki çimərliyin açılışını etmişdi.
İndi analoji işi DMA edir. Belə ki, Agentlik dünən keçirdiyi tenderin nəticələrini açıqlayıb. Tender “Məktəbli Gənclərin İnkişafı” Yay Düşərgəsinin təşkili xidmətinin satın alınmasını əhatə edir. Bununla bağlı “XCO” MMC ilə 87 min 986 manatlıq satınalma müqaviləsi imzalanıb.
Əcəba, yay başa çatıb, payız artıq qapıdadır. Bəs, DMA niyə payızda yay düşərgəsi təşkil etmək fikrinə düşüb? Olmaya uşaqları isti Afrika ölkələrini aparmaq istəyirlər?
Fərda Uğur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.