AZ

Paşinyanın partiyasında “gecə araşdırması”

Dünən axşam saatlarında Ermənistanın hakim “Mülki müqavilə” partiyasının idarə heyəti Nikol Paşinyanın iştirakı ilə növbədənkənar iclas keçirib.

Publika.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, görüşə səbəb deputat Hayk Sarkisyan ilə parlamentin spikeri Alen Simonyan arasında münaqişə barədə mətbuata ötürülən anonim məktub olub.

Bir gün əvvəl “Mülki Müqavilənin” mətbuat xidməti siyasətçilər arasında mübahisənin həqiqətən də mövcud olduğunu rəsmən təsdiqləyib. Bəyanatda xatırladılıb ki, apreldə Simonyanın şikayətindən sonra Sarkisyana qarşı intizam işi başlanıb və nəticədə deputat şiddətli töhmət alıb. Cavab olaraq Sarkisyan spikerə qarşı əks şikayət verib, lakin xaricdə olduğu üçün iki dəfə nəzarət orqanının iclaslarına gəlməyib. Yekunda komissiya Simonyana qarşı intizam icraatına başlamaq üçün heç bir əsas tapmayıb.

İndi isə “Hraparak” iddia edir ki, məsələni yenidən gündəmə gətirən anonim məktub olub. Partiya məktubu Sərkisyanın ötürdüyün müəyyən edib və hər iki tərəfi dinləyib. Deputat Simonyanın bukmeker şirkətinə (/”Vivaro” - red.) bağlı olduğunu təkid edib və buna görə də bukmeker kontorlarına vergilərin artırılması ilə bağlı qanun layihəsinə qarşı çıxdığını iddia edib.

Lakin qəzet yazır ki, kollegiya bu arqumentləri əsassız hesab edib və spikerə qarşı sanksiya tətbiq etməyib.

Seçilən
33
publika.az

1Mənbələr