AZ

Rusiya ordusunda keyfiyyətsiz quru ərzaqların tədarükü ilə bağlı cinayət işi 75 cildə çatıb

Rusiya Silahlı Qüvvələrinə keyfiyyətsiz quru yeməklərin verilməsi ilə bağlı tamamlanan istintaqın cinayət işi 75 cilddən ibarətdir.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti-yə məsələ ilə bağlı tanış olan məlumatlı mənbə bildirib.

“İş genişdir, 75 cilddən ibarətdir və müttəhimlərin müdafiəçisi materiallarla tanış olmaqda davam edir”, - agentliyin mənbəsi bildirib.

Keyfiyyətsiz quru yeməklərlə bağlı cinayət işi Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsi (mənimsəmə və ya talan etmə) ilə araşdırılıb. Təqsirləndirilən şəxslər Qryazinski qida kombinatının keçmiş rəhbərləri Aleksandr Mixaylenko, Valeri Kovaleviç və Elvira Smirnova. Onlar həbsdədirlər. Bu iş üzrə istintaq təcridxanasında dünyasını dəyişən iş adamı İqor Kotelnikov da ittiham olunub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hətta xüsusi hərbi əməliyyatlar zamanı qoşunlara aşağı keyfiyyətli fərdi qida rasionu şişirdilmiş qiymətlərlə verilib. Quru rasionlarda mal əti toyuq və donuz əti ilə əvəz edilib, rasionların enerji dəyəri aşağı salınıb. İş materiallarında öz əksini tapmış ekspertizanın rəyinə görə, quru rasionlar texniki şərtlərə uyğun gəlmir və təyinatı üzrə istifadəsi qadağandır.

İş üzrə şahid qismində külli miqdarda dələduzluqda təqsirləndirilən müdafiə nazirinin keçmiş müavini general Dmitri Bulqakov da dindirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr