Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın 3 yunan-Roma təmsilçisi mübarizəyə qoşulacaq, biri medal uğrunda yarışacaq. Nihat Məmmədli (60), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) millinin uğursuzluğuna son verməyə çalışacaq. 4 qat dünya çempionumuz Eldəniz Əzizli axşam seansında bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Ulan Muratbek Uulu (Qırğızıstan) - Artyom Delenau (Moldova) cütünün qalibi olacaq.
Qeyd edək ki, hazırda yığmamızın hesabında cəmi 4 medal var - sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc mükafat əldə ediblər.
Mundial sentyabrın 21-də yekunlaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta