Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”
10Mənbələr
-
manset.az“20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” - Kamaləddin Qafarov ( 21512323)
-
ikisahil.azKamaləddin Qafarov: 20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir ( 21511486)
-
day.az20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir - Kamaləddin Qafarov ( 21510529)
-
az.trend.az20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir - Kamaləddin Qafarov ( 21510049)
-
milli.azKamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” ( 21510115)
-
veteninfo.azKamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” ( 21509869)
-
buta.tv20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir ( 21509863)
-
yenisabah.azKamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” ( 21509833)
-
demokrat.azKamaləddin Qafarov: “20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” ( 21509818)
-
icma.az“20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” Kamaləddin Qafarov ( 21509800)