AZ

Siyavuş Novruzov: “Deyirdilər ki, ölkəmizin adı “Şimali Azərbaycan” olsun”

“Bir çox ölkələrdə konstitusiya var. Amma konstitusiyanın ən əsas şərtlərindən biri onun birləşdiriciliyidir. Azərbaycan Respublikasının Konstitusiyası birləşdiricidir, həm xalqı, həm milləti, həm dövlətlə xalq arasındakı əlaqələri birləşdirir. Eyni zamanda, digər dövlətlərin konstitusiyası kimi başqa dövlətlərə ərazi iddiası və başqa iddialarla çıxış eləmir. 

Sülh müqaviləsinin bir addımlığındayıq. Amma bir problem buna maneədir. Vaxtilə Ermənistanda mürtəce addım atıb Konstitusiyalarına saldıqları müddəa, ərazi iddiaları digər bir dövlətin ərazisini özünün atributunda əks etdirməsi bu gün ona imkan vermir. Tələblərdən biri də odur ki, bu, aradan qaldırılmalıdır. Ona görə də bütün bunlar qabaqcadan nəzərdə tutulmalı idi. Məhz Ümummilli Lider də bütün bunları nəzərdə tutub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, Konstitusiyamız qəbul olunanda hər kəs dövlətin adını bir cür formalaşdırmaq istəyirdi:
 

“Biri deyirdi, dövlətin adını Şimali Azərbaycan qoyaq, biri deyirdi ki, Şimali Azərbaycan Türk Cümhuriyyəti qoyaq, digəri başqa bir adla bunu əsaslandırmaq istəyirdi. Avtomatik olaraq başqa-başqa dövlətlərin Azərbaycanın üzərinə qaldırmağa cəhd göstərən qüvvələr var idi.


Yaxud da dil məsələsində də geniş müzakirələr aparılırdı. Biri dedi Türk dili, biri dedi, Azərbaycan türkcəsi olsun. Bu gün Azərbaycanda yaşayan xalqları birləşdiriən iki müddəa var: dövlətin adı və dövlətin dilidir. Bu, Azərbayacanda yaşayan xalqların tam ürəyindən, qəlbindən olan bir məsələdir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr