AZ

Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski

Sentyabrın 19-na keçən gecə rus işğalçıları Ukrayna infrastrukturuna pilotsuz təyyarələrlə hücum edib, xəsarət alanlar var.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.

"Dünən axşamdan etibarən Rusiya pilotsuz təyyarələrinin Ukraynaya hücumu davam edir. Əsgərlərimiz onların əksəriyyətini zərərsizləşdirə bilib. Donetsk, Kiyev, Sumi, Xarkov, Çerniqov vilayətləri və Dnepr bölgəsi hücuma məruz qalıb", - deyə Zelenski yazıb.

Prezidentin sözlərinə görə, Dnepropetrovsk vilayətinin Pavlohrad şəhərində iki nəfər yaralanıb.

"Bütün dünya və hər şeydən əvvəl ABŞ sülh çağırışı edəndə ruslar yenə də mülki vətəndaşları vururlar. Biz prezident Donald Trampın qətllərin dayandırılması ilə bağlı mövqeyini eşidirik və diplomatiyanın qarşısının alınması ilə bağlı bütün təkliflərlə razılaşdıq. Lakin görünür, bu mövqe Rusiyada eşidilmir", - Zelenski bildirib.

Xəbər 6 dəfə oxunub.
Seçilən
34
xezernews.az

1Mənbələr