“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib ki, 20 sentyabr Dövlət Suverenliyi Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 sentyabr 2014-cü il tarixli sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunub və 2025-ci ilin Konstitusiya İli elan edilməsi dövlət quruculuğunda suverenlik prinsipinə verilən yüksək siyasi və hüquqi qiymətin göstəricisidir:
“Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsində deyilir ki, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu norma dövlət suverenliyinin hüquqi əsasını təşkil edir. Cənab Prezidentin sözləri ilə desək, müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır. Azərbaycan xalqı heç vaxt öz suverenliyindən imtina etməyəcəkdir”, – deyə Ə. Nuriyev bildirib.
Ekspert vurğulayıb ki, son illərdə Azərbaycan milli suverenliyinin təminində dönüş yaradan fundamental hadisələr baş verib:
-
44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün böyük hissəsi bərpa olunub;
-
2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən antiterror tədbirləri ölkənin bütün ərazisində suverenliyin tam tətbiqini təmin edib;
-
2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sülh sazişi Azərbaycanın beynəlxalq hüquq müstəvisində suverenliyini və regionda sabitliyi təmin edən tarixi addım olub.
Ardı var...
Pərvanə Fərhadqızı