Misli Premyer Liqasında V tura bu gün start verilir.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Karvan-Yevlax" "İmişli"ni qəbul edəcək.

2-ci qarşılaşmasında isə "Zirə" və "Şamaxı" üz-üzə gələcək.

"Zirə" 8 xalla 4-cü, "Şamaxı" isə 5 xalla 5-cidir.

Bu klublar arasında ötən il keçirilən qarşılaşmalarda 3 oyunda "Zirə", 1 görüşdə isə bölgə təmsilçisi qalib gəlib.

Misli Premyer Liqası, V tur

19 sentyabr (cümə)

18:30. “Zirə” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev

Zirə İK