AZ

"Fənərbağça"ya getməklə səhv etdim" - Mourinyu

"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyu 2024-cü ilin iyununda "Fənərbağça"ya getməklə səhv etdiyini bildirib.

Fanat.Az xəbər verir ki, "A Bola" portuqaliyalı mütəxəssisin fikirlərini belə çatdırıb:

"Mənim üçün ideal seçim bir daha dünyanın ən yaxşı komandalarından birini çalışdırmaqdır. Müxtəlif ölkələrin böyük klubları ilə işləmək baxımından zəngin karyeram olub.

Pis qərarlar vermişəm... Peşman deyiləm, çünki peşmançılıq bizə həyatda kömək etmir. Amma nəyi yaxşı, nəyi pis etdiyimizin fərqində olmaq həmişə lazımdır. “Fənərbağça”ya keçməklə səhv etdim. Amma son günə qədər orada hər şeyimi verdim. Əlbəttə, qovulandan sonra əsəbiləşdim, Bruno Laje kimi. Çünki heç kim klubdan getməyi sevmir. Amma "Benfika"nı çalışdırmaq mənim səviyyəmə qayıdışdır. Səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır".

Xatırladaq ki, Lissabon klubunun əvvəlki çalışdırıcısı Bruno Laje Çempionlar Liqasında "Qarabağ"a məğlubiyyətindən (2:3) sonra istefa verib. Mourinyu "qartallar"la 30 iyun 2027-ci ilə qədər müddətə müqavilə imzalayıb. Avqust ayında Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra "Fənərbağça" onu istefaya göndərib.

Mirağa

Seçilən
17
fanat.az

1Mənbələr