AZ

İrandan ölkəmizə narkotik keçirən şəxs tutulub

İrandan

İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılıb. Ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Seçilən
0
25
reyting.az

10Mənbələr