AZ

Agentlik Şuşa Qoruğu İdarəsinin tenderini ləğv etdi

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.2.-ci maddəsi göstərilib.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin SQ-9224/2025 nömrəli, 17 sentyabr 2025 ci il tarixli qərarına və “Dövlət satınalmaları haqqında” Qanununun 36.1.2-ci maddəsinə əsasən, tərtib edilən satınalmanın şərtlər toplusunda malların markasının qeyd edilməsi səbəbi ilə, həmçinin təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadığı üçün prosedur ləğv edilib.

Onu da bildirək ki, tender müsabiqəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işlərinin satınalınması ilə bağlı olub. Dövlət Qoruğu İdarəsi bu iş üçün 110 min 82 manat 8 qəpik olan xərcləməyi nəzərdə tutub.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
yeniavaz.com

4Mənbələr