AZ

Siyavuş Novruzov: Azərbaycanla Ermənistan sülh müqaviləsinin bir addımlığındadır

BAKI, 19 sentyabr. TELEQRAF

"1995-ci ilin Konstitusiyasının qəbuluna qədər Ulu öndər Heydər Əliyev iki dövlət çevrilişinin qarşısını alıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Konstitusiya birləşdirici amildir: "Azərbaycan bu gün özünün ən qürurlu dövrünü yaşayır. Çünki bu gün Azərbaycanla Ermənistan sülh müqaviləsinin bir addımlığındadır. Amma məhz o vaxt Ermənistan konstitusiyasına daxil edilən müddəalar buna mane olur. Ona görə də konstitusiya əsas ana qanun kimi dövlətin gələcəyi ilə yanaşı, xalqın istək və arzularını da ifadə etməlidir”.

Seçilən
57
teleqraf.com

1Mənbələr