AZ

Seyran Ohanyan və digər revanşist deputatlar separatçı liderlərlə bir yerə toplandı - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının sədri, Xocalı canisi Seyran Ohanyanın rəhbərlik etdiyi revanşist deputatlar Qarabağdan ermənilərin köçməsinin ildönümü ilə bağlı İrəvandakı “Yerablur” hərbi panteonunda olublar.

Hafta.az xəbər verir ki, bu haqda “Armenia News” nəşri məlumat yayıb.

Xəbərdə revanşist deputatların  ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”i Samvel Şahramanyanı əhatəyə alıblar.

Separatçıların saxta “parlament”inin üzvləri və qondarma “artsax” yeparxiyasının baş keşişi yepiskop Vrtanes Abramyan da orada olub.

Qeyd edək ki, düz iki il əvvəl, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin 23 saatlıq lokal əməliyyatı nəticəsində keçmiş Dağlıq Qarabağ ərazisi separatçı ünsürlərdən tam təmizlənib, mülki ermənilər isə könüllü şəkildə Ermənistana köçüblər.

Sultan Laçın

Seçilən
32
hafta.az

1Mənbələr