AZ

Tokayev ABŞ-a səfər edəcək

BAKI, TurkicWorld, Fərid Mikayılov

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21–23 sentyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.

TurkicWorld xəbər verir ki, o, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

Rəsmi məlumata görə, Tokayev səfər çərçivəsində bir sıra dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçirəcək.

Bundan əlavə, ABŞ biznes dairələrinin nümayəndələrinin qatılacağı dəyirmi masada iştirak edəcək.

Proqramda həmçinin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Seçilən
15
turkic.world

1Mənbələr