AZ

Arzu Nağıyev: Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır

Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda bildirib.

Arzu Nağıyev deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir: “Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı – Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır. Konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu eyni zamanda qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində bütün sahələrdə əldə edilən nailiyyətlərin hüquqi baxımdan maarifləndirmənin genişləndirilməsi və dövlətçilik ənənələrinin təbliği istiqamətində prioritet məsələlərdəndir”.

Parlamentin komitə sədri qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” həm də Ulu Öndər Heydər Əliyevin hüquqi dövlətin qurulmasında əvəzsiz rolunu bir daha gündəmə gətirir: “1995-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyamız Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş çox mühüm sənəddir. Konstitusiyamız öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir və təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır”.

Arzu Nağıyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarıdır: “Onun bu sahəyə verdiyi töhfələr təkcə bir dövlət başçısı kimi deyil, eyni zamanda peşəkar təhlükəsizlik işçisi, strateq və uzaqgörən siyasətçi kimi fəaliyyətinin nəticəsidir. Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqaməti hesab olunur. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını təşkil edir”.

Parlamentin komitə sədri “Konstitusiya və Suverenlik İli” çərçivəsində təhlükəsizlik sahəsində əsas hədəf və gözləntilərə də toxunub: “Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil daxili və xarici siyasətin əsasını suverenlik, ərazi bütövlüyü ,onun qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı durur. Bundan çıxış edərək əsas məqsədlərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi və informasiya suverenliyinin təmin olunmasıdır. Təbii ki, vətəndaşların hüquqlarının qorunması, milli təhlükəsizliklə bağlı informasiya resurslarının müdafiəsi və texnoloji infrastrukturun hüquqi cəhətdən təmin olunması mühüm hədəflərdəndir. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlik fəaliyyətimizi davam etdirəcəyik. Heydər Əliyevin müəyyən etdiyi təhlükəsizlik konsepsiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın tələblərinə uyğun olaraq inkişaf etdirilir. Ulu öndərin ordu quruculuğu sahəsində milli təhlükəsizlik sistemində qoyduğu ənənələri layiqincə davam etdirir. Azərbaycan xalqı qalib xalq kimi öz sözünü deyir.

2020-ci ildə Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dövlətçiliyinə qarşı təxribat və düşmənçilik özünü daha aydın büruzə verdi. Bu gün dövlətçiliyimizə qarşı istənilən təhdidlərin qarşısının alınmasında strateji xətt üzrə İlham Əliyevin rəhbərliyi ilə ordu, xüsusi xidmət və hüquq-mühafizə orqanları, diplomatik korpus və digər qurumlar tərəfindən lazımi tədbirlər görülür və bu siyasət müasir dünya düzəninə uyğyn olaraq həyata keçirilir. Heydər Əliyevin təhlükəsizlik siyasəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Bu siyasət bu gün də Azərbaycanın gələcəyinə xidmət edir və Ali Baş komandan İlham Əliyevin rəhbəliyi ilə hər bir fəaliyyətdə örnək olmalıdır”.

Seçilən
52
1
apa.az

4Mənbələr