UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura yekun vurulub.
Operativ Media xəbər verir ki, "Qarabağ" səfərdə "Benfika"ya 3-2 hesabı ilə qalib gəlib. "Qarabağ"ın rəqiblərindən olan "Atletik Bilbao" doğma meydanda "Arsenal"la qarşılaşıb. Matç London təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Ayaks" isə "İnter"ə 0-2 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisinin digər rəqiblərinin ilk turdakı nəticəsi aşağıdakı kimidir:
"Bavariya" 3-1 "Çelsi"
"Liverpul" 3-2 "Atletiko Madrid"
"Kopenhagen" 2-2 "Bayer"
"Ayntraxt Frankfurt" 5-1 "Qalatasaray"
"Mançester Siti" 2-0 "Napoli"
Qeyd edək ki, "Qarabağ" 2-ci turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Matç oktyabrın 1-də baş tutacaq.