AZ

Konstitusiya Məhkəməsinin sədri: Süni intellektdən çox səmərəli istifadə etməliyik

Azərbaycanda süni intellektdən çox səmərəli istifadə edilməlidir.

 Sitat.info xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda deyib.

Onun sözlərinə görə, Qazaxıstanda artıq süni intellektin rəyi məhkəmədə nəzərə alınır, sübut növü kimi araşdırılır, istifadə olunur:

"Bu praktika ilə razılaşmaq da olar, razılaşmamaq da. Lakin qəbul etmək lazımdır ki, süni intellektin inkişafı dayanmayacaq, bu, davam edən prosesdir. Azərbaycanda da süni intellekt strategiyası ilə bağlı Prezident İlham Əliyevin fərmanı var və bundan çox səmərəli istifadə etməliyik".

Seçilən
15
1
sitat.info

2Mənbələr