AZ

Tanınmış aktyor saxlanıldı - FOTO

Türkiyəli aktyor Emre Bulut 15 illik dostunu aldatmaqda ittiham olunur.

Moderator.az xəbər verir ki, iddiaya görə o, özünü komissar kimi təqdim edərək saxta polis vəsiqəsi göstərib və dostunun avtomobilini ələ keçirib. Hadisə ilə bağlı Tokat Cumhuriyyət Baş Prokurorluğu tərəfindən Bulut barəsində cinayət işi açılıb.

Məlumata görə Tokatda xəstəxanada çalışan A.U. (41) 15 ildir tanıdığı Emre Buluta güvənərək avtomobilini ona müvəqqəti olaraq verib. İttihamlara əsasən, Bulut dostuna "Mən leytenantam" deyərək saxta polis vəsiqəsi göstərib və avtomobili Amasyaya getmək üçün istəyib. A.U. isə maşını xəstəxananın dayanacağında təhvil verib.

Lakin aktyorun avtomobili götürdükdən sonra günlərlə geri qaytarmaması və zənglərə cavab verməməsi dostunun şikayətinə səbəb olub. Bundan sonra prokurorluq "etibardan sui-istifadə" maddəsi ilə araşdırma apararaq Bulutun 6 aydan 2 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.

Mətbuatda yayılan xəbərlərə görə, haqqında axtarış elan edilən aktyor İstanbulda saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Müdafiəsində Bulut avtomobili dostunun öz istəyi ilə verdiyini deyib:

"Maşını bir günlük götürdüm və axşam qaytardım. Polis olmağımla bağlı deyilənlər əsassızdır. Onsuz da aktyoram, hamı bilir. Polis vəsiqəsi isə serial çəkilişindən məndə qalmışdı", - aktyor ifadəsində söyləyib.

Məhkəmə Emre Bulutun sərbəst buraxılmasına qərar verib.

(Milli.az)

Seçilən
19
3
moderator.az

4Mənbələr