AZ

Hindistan: Səudiyyə Ərəbistanı-Pakistan tərəfdaşlığını milli təhlükəsizliyimiz baxımından nəzərdən keçirəcəyik

Hindistan Səudiyyə Ərəbistanı ilə Pakistan arasında sentyabrın 17-də imzalanan Birgə Strateji Müdafiə Sazişini Hindistanın milli təhlükəsizliyi baxımından nəzərdən keçirəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada qeyd olunur.

Səudiyyə Ərəbistanı və Pakistanın hər iki ölkəyə qarşı hər hansı bir hücumun hər ikisinə qarşı hücum kimi qiymətləndirilməsini şərtləndirən uzunmüddətli razılaşmanı rəsmiləşdirdiyini bildirib. “Biz bu prosesin milli təhlükəsizliyimiz, regional və qlobal sabitlik üçün təsirlərini nəzərdən keçirəcəyik”,- deyə açıqlamada bildirilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr