AZ

Şimali Koreyada PUA sınaqları həyata keçirilib

Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında pilotsuz silah sınaqları keçirib.

Editor.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatında bildirilir.

“Kim Çen In sentyabrın 18-də Pilotsuz Uçuş Aparatı Texnologiyaları Assosiasiyasına daxil olan elmi-tədqiqat institutları və müəssisələrində hazırlanmış və istehsal edilmiş pilotsuz silahların imkanlarının sınaqlarına nəzarət edib”,- deyə məlumatda qeyd olunur.

Ona müxtəlif pilotsuz silahların, o cümlədən strateji və taktiki kəşfiyyat PUA-larının və çoxməqsədli pilotsuz uçuş aparatlarının xüsusiyyətləri və döyüş tətbiqi imkanları barədə məlumat verilib.

Şimali Koreya lideri həmçinin Pilotsuz Uçuş Aparatları Assosiasiyasının texniki potensialının daha da genişləndirilməsi və gücləndirilməsi üçün təşkilati və struktur tədbirlərini əks etdirən layihəni təsdiqləyib və imzalayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr