AZ

Napoli nin baş məşqçisi: Çempionlar Liqasında uğur qazana bilərik

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Napoli"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında "Mançester Siti"yə 0:2 hesablı məğlubiyyəti şərh edib. 

Sportal.az xəbər verir ki, “BBC”yə danışan italiyalı mütəxəssis ÇL-də uğurlu nəticə qazana biləcəklərini söyləyib:

“Mançester Siti”yə qarşı oynamaq çətindir. 20-ci dəqiqədən sonra 10 nəfərlə mübarizə aparmaq isə ümumiyyətlə mümkünsüzdür. Müdafiədə çox yaxşı idik, amma qol buraxdığımız anlarda daha yaxşı oynaya bilərdik. Bununla belə, oyunçular böyük fədakarlıq və ruh nümayiş etdirdilər. Əgər matç bərabər heyətlə davam etsəydi, fərqli oyun görə bilərdik. Biz toparlanmalıyıq və növbəti oyuna birlikdə hazırlaşmalıyıq. İki qol buraxmamalıydıq. Çempionatdakı növbəti oyunumuz haqda düşünməliyik və inanıram ki, Çempionlar Liqasında uğur qazana bilərik”. 

Qeyd edək ki, "Napoli" ÇL-də "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı görüş 5-ci tur çərçivəsində, noyabrın 25-də İtaliyada baş tutacaq.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
sportal.az

2Mənbələr