AZ

İlin əvvəlindən indiyədək 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

BAKI, 19 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fond tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758 mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib.

Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
4
10
teleqraf.com

10Mənbələr