AZ

Trampın Əliyevlə bağlı paylaşımı – Bozoyan “narahat” oldu

ABŞ Prezidenti Donald Trampın növbəti dəfə sosial şəbəkədə Vaşinqtonda Prezident İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşması Ermənistanda müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, erməni politoloq Yervand Bozoyan bunun “Rusiyanın regiondan kənarda qalması mesajını vermək məqsədi daşıdığını” iddia edib.

Onun sözlərinə görə, bu prosesdə erməni cəmiyyətinin anlamadığı bir məsələ var:

“Ermənistan cəmiyyəti “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı təklifin Paşinyan tərəfindən verildiyini başa düşmür. Eyni danışıqlar Bayden administrasiyası ilə də aparılırdı. Əvvəlki administrasiyanın üzvü Obrayenin açıqlamalarında bu aydın şəkildə qeyd olunurdu. Azərbaycan bunu qəbul etmədi. Trampın dövründə isə Azərbaycanın istəklərinə uyğun variant üzrə razılaşma əldə edildi”.

Seçilən
26
4
axar.az

5Mənbələr