AZ

Azərbaycan regional siyasətdə mərkəzi yer tutur – Fuad Salayev “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

Baku Network ekspert platformasında “Tofiq Abbasovla Dialoq”analitik videolayihəsinin növbəti buraxılışı çıxıb.

Trend xəbər verir ki,verilişin qonağı Azərbaycanın Xalq rəssamı Fuad Salayev olub. O,Qafqazın taleyi, xalqlar arasında dialoqun qurulmasında mədəniyyətvə incəsənətin rolu, həmçinin Azərbaycanın müasir geosiyasətdəkiyeri barədə fikirlərini bölüşüb.

F.Salayev vurğulayıb ki, əsrlər boyu Cənubi Qafqaz dünya gücmərkəzləri tərəfindən qeyri-sabit region kimi qəbul edilib:
“Bizim Qafqaz – kiçik, amma dünya gücləri üçün çox maraqlıregiondur. Onu tez-tez "qaynamaqda olan qazan" adlandırırlar.Məsələ ondadır ki, bu temperaturu necə azaltmaq olar ki, insanlarhəqiqətən dinc yanaşı yaşamağa köklənsinlər”.

Onun sözlərinə görə, mövcud ziddiyyətlərə baxmayaraq,birləşdirici amillər daha çoxdur. Bunlar – insan əlaqələri, ümumimədəni irs və birgəyaşayış təcrübəsidir.

Rəssam yaradıcı insanların roluna ayrıca diqqət çəkib:
“İncəsənətin imkanları sonsuzdur. Rəssamlar, yazıçılar, musiqiçilərhəmişə dövrün ruhunu əks etdirir və müasirlərini sülh haqqındadüşünməyə sövq edirlər. Bəzən azərbaycanlı, erməni, gürcü və ya rusmüəllifin əsərləri ovqat baxımından bir-birinə bənzəyir – çünkimüharibə və nigarançılıqlar hamıya eyni dərəcədə təsir edir”.

F.Salayev öz əsərlərini də yada salıb. Onların dərin fəlsəfi vətarixi simvolika daşıdığını vurğulayıb: bir milyondan çoxazərbaycanlının qovulmasına həsr olunmuş “Rədd edilmişlər” heykəlivə siyasi qeyri-sabitlik dövründə cəmiyyətin vəziyyətini əksetdirən “Süvarisiz döyüş atı”.

Söhbətdə xüsusi yer tutan mövzulardan biri də geosiyasət vəAzərbaycanın müasir rolu olub:
“Azərbaycan regiondakı proseslərə təsir göstərən mərkəzi ölkələrdənbirinə çevrilib. Təkcə Zəngəzur dəhlizi ideyasını və Bakının Avropailə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsində rolunuxatırlatmaq kifayətdir”.

F.Salayev qeyd edib ki, müharibədən sonra sülh müqaviləsinintəşəbbüskarı məhz Azərbaycan olub və Cənubi Qafqazda davamlı sülhideyasını irəlilətməkdə davam edir.

Xalq rəssamı həmçinin xatırladıb ki, Bakı hər zaman çoxmillətlivə çoxkonfessiyalı şəhər olub və qalmaqdadır:
“Bizdə həm erməni kilsəsi, həm rus pravoslav kilsəsi, həm katolikməbədi, həm də sinaqoqlar mövcuddur. Azərbaycanda heç vaxt din vəya millət zəminində düşmənçiliyə yer olmayıb”.

Onun sözlərinə görə, bu, Azərbaycanın birgəyaşayış vətolerantlıq nümunəsi ola bildiyini sübut edir.

Söhbəti yekunlaşdıran Fuad Salayev vurğulayıb:
“Xeyirxah iradəli insanlar xaos yayanlardan qat-qat çoxdur.İnsanlara ümid vermək lazımdır. Uca məqsədlər həmişəbirləşdirir”.

Azərbaycan
Azərbaycan
Seçilən
11
4
az.trend.az

5Mənbələr