AZ

Zelenski Polşa Prezidenti ilə görüşə bilər

BAKI, 19 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin polşalı həmkarı Karol Navrotski ilə gələn həftə Nyu-Yorkda görüşəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Prezident Aparatının Beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç bildirib.

Onun sözlərinə görə, liderlərin 21–24 sentyabr tarixlərində keçiriləcək BMT Baş Assambleyasının sessiyasında iştirak etməsi planlaşdırılır.

"Baş Assambleya çərçivəsində müxtəlif formatlarda ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Karol Navrotski ABŞ Prezidenti Donald Trampla da görüşü gözlənilir".

Seçilən
20
teleqraf.com

1Mənbələr