"Mançester Siti"nin hücumçusu Erlinq Holand Çempionlar Liqasında 50-ci qolunu vurub.
Fanat.Az xəbər verir ki, norveçli ulduz Liqa mərhələsində "Napoli"ni 2:0 yendikləri oyunda hesabı açıb.
"Opta"nın hesablamasına görə, Holand bununla da Avropanın ən nüfuzlu klub turnirində cəmi 49 matçda 50 qol həddinə çatdı. "Şəhərlilər"in forvardı əvvəlki rekordçu, bu həddə 62 oyuna çatan Ruud van Nistelroyu geridə qoyub.
Erlinq Holand “Mançester Siti”yə keçməzdən əvvəl “Borussiya Dortmund” və Avstriyanın “Red Bull Salzburg” klublarında çıxış edib. O, 2022-ci ilin yayından İngiltərə nəhənglərini təmsil edir.