AZ

Donald Tramp Çinlə razılaşmağın yolunu tapıb

Reyting.az saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bu yay Tayvana 400 milyon dollardan çox hərbi yardımı verməkdən imtina edib. Reyting.az “Washington Post”a istinadla bildirir ki, qərar Çinlə razılaşma ilə bağlıdır.Beş nəfər nəşrə deyib ki, rədd cavabı Donald Trampın ticarət sazişi və Çin prezidenti Si Cinpinlə mümkün zirvə görüşünü müzakirə etmək cəhdindən qaynaqlanır.Qeyd olunur ki, hələ də geri qaytarıla bilən qərar Çinin öz ərazisi hesab etdiyi Tayvana münasibətdə ABŞ-nın siyasətində dönüşü göstərir.Vəziyyətlə tanış olan iki mənbə bildirib ki, hərbi yardım paketinin 400 milyon dollardan çox olması da mümkün idi. Bu, döyüş sursatları, avtonom pilotsuz təyyarələr də daxil olmaqla, Tayvana edilən yardımın əvvəlki dövrlərindən “daha ölümcül” ola bilərdi.Nəşr əlavə edib ki, Ağ ev sözçüsünə görə, yardım paketi ilə bağlı qərar hələ qəbul edilməyib. Bu arada Tayvanın Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.Məlumata görə, ABŞ ordusu uzun müddətdir Tayvanın müdafiəsinə resurslar ayırır, Çin ordusu isə öz qüvvələrini sürətlə artırır və adanın ətrafında getdikcə genişmiqyaslı təlimlər keçirir.ABŞ ordusu və kəşfiyyat rəsmiləri bildiriblər ki, rəsmi Pekin öz ordusuna 2027-ci ilə qədər Tayvanı ələ keçirməyə qadir olmağı tapşırıb.E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
reyting.az

1Mənbələr