AZ

23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Artıq ikinci ildir ki, xalqımız sentyabrın 20-i Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəldi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2023-cü il il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib. Eyni zamanda, separatçı rejimin kökü kəsilib. Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Xankəndidə və digər ərazilərimizdə bayrağımız ucaldıldı. 2023-cü il oktyabrın 15-də, o şərəfli və tarixi gündə Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Qalib Liderimizin Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltması xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Ali Baş Komandan İlham Əliyev tez-tez işğaldan azad olunmuş bölgələrə səfər edərək tikilib başa çatmışyaşayış məntəqələrinin, müəssisələrin açılışlarını edir, yeni kəndlər və şəhərlərin bünövrəsini qoyur, doğma ocaqlarına dönmüş sakinlərlə söhbət edir, onların ürək sözlərini dinləyir.

Qürurverici haldır ki, dövlətimizin başçısının sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi qədirbilən xalqımız tərəfindən böyük maraqla qarşılandı. Ölkə başçımız səfər çərçivəsində Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitləyaxından tanış olması yeni Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış çox mühüm bir addım olduğunu təsdiq edir. Öz növbəsində, yeni yaradılmış klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcəyindən xəbər verir.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Bu bir reallıqdır. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, Qarabağ münaqişəsinə birdəfəlik son verdi.

"Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su". Sentyabrın 14-də Prezident İlham Əliyevin Qarabağa – Füzuliyə, Xocavəndə, Hadruta, Xocalıya səfəri çərçivəsindəsakinlərlə görüşü zamanı söylədiyi bu sözlər bir daha təsdiq edir ki, ölkəmiz qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyir, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
sesqazeti.az

1Mənbələr