AZ

Bəzi rayonlarda yağış yağır, külək güclənir - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində sentyabrın 19-u saat 9:00-a olan məlumata əsasən yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəranda 9, Biləsuvarda 6, Sabirabadda 5, Tovuzda 4, Balakəndə 3, Zaqatala, Ceyrançöl, Ağstafa, Astarada 2, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Xınalıq, Şəmkir, Qax, Şəki, Qobustan, Yevlax, Göyçay, Şahdağ, İmişli, Yardımlı, Lerikdə 1 mm-dək qeydə alınıb.

Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 25, Goranboyda 23, Gəncədə 20 m/s-dək güclənir.

Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Seçilən
66
38
7news.az

10Mənbələr