Taliban hökuməti qadınların yazdığı kitabları universitetlərin tədris sistemindən çıxarıb.
Bu barədə BBC məlumat verib.
Bildirilib ki, bu yeni qadağa çərçivəsində Əfqanıstanda insan hüquqları və seksual təcavüz mövzularının tədrisi də qadağan olunub.
“Kimyəvi laboratoriyada təhlükəsizlik” adlı kitab da daxil olmaqla, qadınların yazdığı 140-a yaxın kitab “şəriətə və Talibanın siyasətinə zidd” hesab edilərək “qara siyahı”da olan 680 kitabın arasına daxil edilib.
Eyni zamanda, universitetlərə artıq 18 fənnin tədrisinə icazə verilmədiyi bildirilib.
Taliban rəsmisi bu fənlərin "Şəriət prinsipləri və sistemin siyasəti ilə ziddiyyət təşkil etdiyini" deyib.