1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Keniyanın paytaxtı Nayrobi yaxınlığındakı Ati-River şəhərində güclü yanğın baş verib.
Oxu.Az-ın cedarnews.net-ə istinadən verdiyi xəbərə görə, onlarla insan alovun mühasirəsində qalıb.
Yanğın nəticəsində kommersiya binası demək olar ki, tamamilə yanıb. Yerli KİV onlarla insanın binanın yuxarı mərtəbələrində qaldığını və çıxa bilmədiyini bildirir.
Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları yanğının qarşısını almaq və alovların arasında qalan insanları təxliyə etmək üçün çalışırlar.