AZ

Fiziki şəxslərin gəlir vergisi üzrə ödənişləri bu il 10% artıb

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi 2025-ci ilin ilk yeddi ayında 1 milyard 168,4 milyon manat olub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Fiziki şəxslərin gəlir vergisi öncəki ilin eyni dövründə 1 milyard 64.3 milyon manat olduğunu nəzərə alsaq, bu illik müqayisədə 10% artımdır.

Bununla da fiziki şəxslərinin gəlir vergisi üzrə ödəmələri dövlət büdcəsindəki ümumi gəlirdəki payı 4.98%-ə yüksəlib. Öncəki ildə ümumi büdcə gəlirərinin yalnız 4.71%-i fiziki şəxslərin gəlirləri idi.

Büdcənin ümumi gəlirləri isə ilk 7 ayda 23 milyard 480 milyon manat olub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin açıqlamasına görə, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 566.8 milyon manatının və yaxud 6.7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Məlumata görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29.05 % çoxdur.

 

Seçilən
16
banker.az

1Mənbələr