AZ

“Kontakt” 28 Mall a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

Banco.az saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.

Şəbəkənin çoxdandır gözlənən 28 Mall mağazasının açılış tədbirində müğənni Mərdan Kazımovun musiqili çıxışı, hədiyyəli müsabiqələr ziyarətçilərə sevinc dolu anlar yaşadıb. Bu mağaza bir çox səbəblərə görə Bakının alış-veriş xəritəsində ən çox ziyarət edilənlərdən biri olacaq.

GENİŞ MƏHSUL ÇEŞİDİ – TAM FƏRQLİ FORMATDA

Şəhərin mərkəzində - 28 Mall-ın birinci mərtəbəsində yerləşən bu mağaza bol çeşidli bir elektronika ünvanı olmaqla yanaşı, həm də alış-verişin tamamilə yeni bir formatıdır. Çünki burada rəqəmsal məhsullar, böyük və kiçik məişət avadanlıqları, mebel, ev tekstili, qab-qacaq kimi klassik kateqoriyalarla yanaşı, çoxlarını təəccübləndirəcək musiqi alətləri və günəş eynəkləri təqdim olunur. Yəni, indi elektronika mağazası gəlib gitara, pianoya kimi musiqi alətləri ilə qulaq zövqünüzü, eynəklər ilə isə göz zövqünüzü oxşaya bilərsiniz.

UNİKAL DİZAYN VƏ MAKSİMUM RAHATLIQ

“Kontakt” 28 Mall mağazasının fərqliliyi təkcə məhsul çeşidliliyi ilə bitmir. Buranın geniş, işıqlı interyeri insanı darıxdırmır, alış-verişi daha zövqlü bir prosesə çevirir. Necə deyərlər, adamın gəzdikdə gəzəsi gəlir. Burada sanki hər kəs üçün ayrıca düşünülmüş bir konsept var. Məsələn: böyüklər rahatlıqla seçim edə bilsinlər deyə balacalar “Uşaq zonası”nda əyləncə dolu anlar yaşayır.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

Mağazanın açılış gününü bayram ab-havasında tamamlayan əsas məqam isə  müştərilərin sərfəli fürsətlərdən yararlanması olub. Çünki bu mağazada açılışa özəl nağd alışda 60%-dək endirimlər var. Üstəlik, sentyabrın 21-dək istədiyiniz məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahatlıqla ödəmək də mümkündür.

Açılış kampaniyası hələ davam edərkən:

Amoled ekranlı Poco M7 Pro smartfonunu 650 yox, 500 manata;

RYZEN 5 prosessorlu  Lenovo İdeaPad notbukunu 1400 yox, 800 manata;

6,5 kq həcmə malik Samsung paltaryuyanını 1150 yox, 750 manata;

Quru və nəm səthi təmizləyə bilən Xiaomi X20 Pro robot tozsoranını isə 3000 yox, 950 manata almaq şansınız var.

Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən 28 Mall-un birinci mərtəbəsində yerləşən yeni “Kontakt” mağazasına baş çəkməyiniz məsləhətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
5
banco.az

8Mənbələr