AZ

ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərinin son günündə mühüm açıqlamalar verib.

Moderator.az Publika.az - a istinadla xəbər verir ki, Tramp, Co Bayden administrasiyasının Əfqanıstandan “çox bacarıqsız” şəkildə çəkildiyini iddia edərək, Baqram Hava Bazasını geri istədiklərini söyləyib.

Baqram Hava Bazasının əhəmiyyətini vurğulayan Tramp, "Yeri gəlmişkən, biz onu geri almağa çalışırıq, çünki ona ehtiyacımız var. Biz o bazanı geri istəyirik. Bazanı istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olmasıdır" deyib.

Co Bayden administrasiyası 31 avqust 2021-ci ildə ABŞ ordusunun Əfqanıstandan çıxarılmasını başa çatdıraraq, orada milyonlarla dollarlıq avadanlıq, silah saxlayıb.

Seçilən
28
2
moderator.az

3Mənbələr