Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar.
Missiya.Az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - M.Kos yazıb.
Active discussion with 🇦🇿 Minister of Economy @MikayilJabbarov. Peace in the region opens up opportunities for markets, trade and investments. To seize them, we agreed to establish a High Level Economic Working Group. We’ll continue to strengthen our partnership. pic.twitter.com/YY4fgmdkYb
— Marta Kos (@MartaKosEU) September 19, 2025