AZ

Küçədə tanımadığı şəxsə qarşı basqın edərək döyən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Xəyal Babayevin (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 17 mart 2025-ci il tarixdə, saat 20:30 radələrində paytaxtın Yasamal rayonu H.Cavid parkı yaxınlığında qeydə alınıb.


Belə ki, təqsirləndirilən Xəyal Babayev tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanımadığı zərərçəkmiş Qulam İkramova (adı, soyadı şərtidir) qarşı quldurluq əməli törədib. O, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıqla yerə yıxaraq, ona bir yumruq zərbəsi endirib. Nəticədə Qulamın sol almacıq nahiyəsində qançır yaranıb, bu isə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilib.


Daha sonra Xəyal zərərçəkmişə məxsus 130 manat dəyərində mobil telefonu və 70 manat dəyərində “Huawei” markalı qol saatını götürərək, ümumilikdə 200 manat maddi ziyan vurmaqla quldurluq edib.


Məhkəmədə ifadə verən Xəyal Babayev özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.
 

Kamal Məmmədov 


Tarix: 19 Sentyabr 2025, 10:01   
Seçilən
18
pravda.az

1Mənbələr