ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Kursk vilayətində Rusiyanın 810-cu dəniz piyadaları briqadasının logistika mərkəzinə zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, "Ukrinform"un məlumatına görə, əməliyyat sentyabrın 18-nə keçən gecə həyata keçirilib və nəticədə sursat anbarları, maddi ehtiyat bazası, silah və texnikanın gizlədildiyi yerlər məhv edilib.
Qeyd olunub ki, bu briqada müvəqqəti işğal altındakı Sevastopolda yerləşdirilib və Şimali Slobojansk istiqamətində hücum əməliyyatlarında fəal iştirak edib.
Xüsusi Əməliyyat Qüvvələri əlavə edib ki, həmin briqadanın şəxsi heyəti bir sıra hərbi cinayətlərdə, o cümlədən ukraynalı əsirlərin edamında ittiham olunur.
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.