AZ

Qudasını bıçaqlayan şəxslə bağlı qərar çıxarıldı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pərviz Cəfərovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 10 mart 2024-cü ildə Göygöl rayonu Yeni Qızılca kəndində qeydə alınıb.


Belə ki, Pərviz Cəfərov qızının yaşadığı evinə gedərkən qudası, zərərçəkmiş Xəyal Əliyevin (soyadı şərtidir) idarə etdiyi “QAZ-24” markalı avtomobil yanından keçərkən onu görüb saxlayıb. O, kürəkənin qızı ilə yaşadıqları evdə mübahisə etmələrini və zərərçəkmişin oğlunun onların ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı irad bildirib. Bu zaman Pərvin bıçaqla Xəyala bir neçə dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirib.


Hadisədən sonra Pərviz Cəfərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 4 il müddətə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2025, 09:57   
Seçilən
34
pravda.az

1Mənbələr