Misli Premyer Liqasında V tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, açılış qarşılaşmasında iki debütant - "Karvan-Yevlax" və "İmişli" üz-üzə gələcək.
Hər iki komandanın aktivində 4 xal var.
"İmişli" ötən həftə "Sumqayıt"ı məğlub etməyinə baxmayaraq adı protokolda olmayan futbolçu oynatdığına görə nəticəsi keçərli sayılmayıb və 0:3 hesablı məğlubiyyətlə üzləşməli olub.
Görüş Yevlax stadionunda gedən təmir işlərinə görə Şamaxıda baş tutacaq.
Misli Premyer Liqası, V tur
19 sentyabr (cümə)
16:00. “Karvan Yevlax” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Şamaxı şəhər stadionu