AZ

Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Fərzəliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hsonuncu keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.


İttihama görə, hadisə 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağsu rayonunda qeydə alınıb.


Belə ki, Qalib Fərzəliyev atasının evində oğlunu danlamağa başlayıb. Bu zaman Şamaxıdan atasıgilə qonaq gələn yeznəsi, 1979-cu il təvəllüdlü İlqar Şirinova ona irad bildirib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Qalib maşından qoyun qırxmaq üçün istifadə edilən qayçını götürərək yeznəsinə bədən xəsarətləri yetirib.


Daha sonra Qalib Fərzəliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.


Kamal Məmmədov 


Tarix: 19 Sentyabr 2025, 09:52   
Seçilən
23
pravda.az

1Mənbələr