AZ

Çempionlar Liqasında turnir cədvəli - “Qarabağ” 10-cu yerdə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 1-ci tura yekun vuruldu.

Ölkə.az xəbər verir ki, ilk oyunlardan sonra komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşib.

Azərbaycan təmsilçisi "Qarabağ" hazırda 3 xalla 36 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Komandamız ilk turda səfərdə "Benfika" üzərində 3:2 hesablı qələbə qazanıb.

Qurban Qurbanovun komandası 2-ci turda Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopenhagen"lə qarşılaşacaq. Oktyabrın 1-də oynanılacaq matç saat 20:45-də başlayacaq.

Seçilən
15
3
olke.az

4Mənbələr