AZ

I Liqa: Tura Şamaxıda yekun vurulacaq

Azərbaycan I Liqasında 2-ci tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə bir matç keçiriləcək.

Bağlanış matçı Şamaxıda baş tutacaq. "Şimal" ilə MOİK burada üz-üzə gələcəklər. Mövsümə məğlubiyyətlə start verən komandalar çempionatda ilk xallarını qazanmaq əzmindədirlər.

Azərbaycan I Liqası
2-ci tur
19 sentyabr 

16:00. “Şimal” – MOİK
Hakimlər: Ruslan Quliyev, Vüqar Bayramov, Elmin Süleymanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Turun digər görüşlərində qeydə alınan nəticələr belədir: 

Cəbrayıl - Mingəçevir 1:3
Zaqatala - Şəfa 0:4
Difai - Səbail 1:2
Şahdağ Qusar - Baku Sportinq 2:3

Seçilən
42
fanat.az

1Mənbələr