AZ

Füzulidə işğaldan azad edilmiş kəndin sakinlər dağıdılmış qəbiristanlığı birgə bərpa edir

Füzuli rayonunun işğaldan azad edilmiş Şıxlı kəndində sakinlər bir araya gələrək kənd qəbiristanlığını bərpa ediblər.

Bu barədə Far.Az-in "qaynar xətti"nə sakinlər məlumat verib.

Bildirilib ki, Uzun illər baxımsız qalan və dağıdılmış qəbiristanlıq təmizlənib, qəbir daşları düzəldilib, ərazi abadlaşdırılıb.

Sakinlər bu addımı ata-babalarının xatirəsinə hörmət və doğma torpağa sahib çıxmaq niyyəti ilə atıblar.

Qeyd edək ki, kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Seçilən
33
2
far.az

3Mənbələr