AZ

Sevgilisini küçədə döyən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nağı Nəbizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib.
 

İttihama görə, hadisə 09 aprel 2025-ci il tarixdə, saat 01 radələrində paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
 

Belə ki, təqsirləndirilən Nağı Nəbizadə qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Mədinə Səmədova ilə (adı, soyadı şərtidir) küçədə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, aqressiv davranış nümayiş etdirərək onu döyüb. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül dərəcəli xəsarət yetirilib.


Hadisədən sonra Nağı Nəbizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş məhkəmə ifadəsində bildirib ki, hazırda Nağı Nəbizadə ilə barışıb, heç bir şikayəti yoxdur və bu halın nəzərə alınmasını xahiş edib.


Nağı Nəbizadə dindirilərkən qeyd edib ki, Vətən müharibəsi iştirakçısıdır.

 

Kamal Məmmədov 

Tarix: 19 Sentyabr 2025, 09:47   
Seçilən
8
pravda.az

1Mənbələr